hia.az

Saatlarla avtobusda köməksiz qalanlar xilas edildi - Video

121 dəfə baxılıb 19-06-2023, 14:54

Saatlarla avtobusda köməksiz qalanlar xilas edildi - Video


Məlumat verildiyi kimi, Xızı rayonunun Ağdərə kəndində bir qrup şəxs köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, intensiv yağışların əmələ gətirdiyi sel nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolundakı avtobusda köməksiz vəziyyətdə qalmış bir qrup sərnişinin təxliyəsi məqsədilə Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası əraziyə cəlb olunub.

Yararsız vəziyyətə düşmüş və çətin keçilən yolla xüsusi təyinatlı texnika vasitəsilə əraziyə çatan FHN-in xilasediciləri köməksiz vəziyyətdə qalmış 1-i uşaq və 14-ü qadın olmaqla 22 nəfər vətəndaşı təxliyə edib, həmçinin ehtiyacı olan şəxslərə ilk tibbi yardım göstərilib. Təxliyə olunmuş vətəndaşlar Sumqayıt Regional Mərkəzinin inzibati ərazisinə gətirilib, daha sonra müvafiq olaraq yaşayış ünvanlarına yola salınıblar.

Qeyd edək ki, onlar Xızının Gimçi kəndindən ziyarətdən qayıdırmış.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi