hia.az
hia.az

Azərbaycanda icra başçısının sabiq müavini həbs olundu

102 dəfə baxılıb 6-06-2023, 16:23

Azərbaycanda icra başçısının sabiq müavini həbs olundu


Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.

Parlamentinsesi.az report-a istinadən xəbər verir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimov saxlanılıb.

Onun içkili olduğu ehtimalına görə müvafiq yoxlamadan keçirilməsinin vacibliyi qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən polis idarəsinə aparılıb.

Onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.

O, cinayət işinin istintaqının davam etdirilməsindən ötrü toplanmış materialların aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərildiyini qeyd edib.

Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi