hia.az
hia.az

Ərdoğan: Yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq

39 dəfə baxılıb 28-07-2025, 17:39

Ərdoğan: Yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq

Rusiya ilə Ukrayna arasında müzakirə masası İstanbulda qurulduğu kimi, uzaq olmayan tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, qanlı müharibəyə son qoyulacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O bildirib ki, Türkiyə bu savaşla bağlı balanslı və sülhü müdafiə edən siyasət yeridib: "Taxıl dəhlizi, əsir mübadiləsi sülhə olan inamımızın nəticəsidir. Mayın 16-da təşkil olunan müzakirələrin birinci turundan sonra min əsir mübadiləsi həyata keçirildi. İyunun 2-də baş tutan ikinci turdan sonra 7 min 60 ukraynalı hərbçinin nəşi qarşılığında 97 rus hərbçisinin cənazəsi təhvil verildi".

Ərdoğan söyləyib ki, iyulun 23-də baş tutan üçüncü raunddan sonra ən azı 1200 əsir dəyişdirilib: "Bu müharibənin artıq bitməsi lazım olduğuna inanırıq. Hər fürsətdə deyirik ki, ev sahibliyinə hazırıq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi