hia.az

Kamboca Müdafiə Nazirliyi: Tailand ölkənin dərinliklərinə hücumu genişləndirir

47 dəfə baxılıb 26-07-2025, 08:42

Kamboca Müdafiə Nazirliyi: Tailand ölkənin dərinliklərinə hücumu genişləndirir

 
Tailand Kamboca ərazilərinə hücum əməliyyatlarını genişləndirib.

Bu barədə Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant Mali Soçxeat bildirib.

Onun sözlərinə görə, iyulun 24-dən bəri Tailand qoşunları təkcə Kambocanın hərbi mövqelərinə deyil, həm də məktəblər, yanacaqdoldurma məntəqələri və yaşayış məntəqələri də daxil olmaqla mülki obyektlərə zərbələr endirir. Bu hücumlarda ağır döyüş sursatları və hərbi texnikadan, o cümlədən F-16 qırıcıları və kaset bombalarından istifadə edilib.

Bununla yanaşı, Tailand Kambocada Kaxkonq və Pousat əyalətləri ilə həmsərhəd olan Trat və Çantxaburi əyalətlərinin bir sıra rayonlarında hərbi vəziyyət elan edib və Bontey-Miençey əyaləti ilə sərhəd boyunca əlavə qoşun yerləşdirib. "Bu addımlar Tailandın münaqişəni genişləndirmək və Kambocanın ərazi suverenliyini pozmaq niyyətini açıq şəkildə nümayiş etdirir", - Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi