hia.az

BMT Baş Assambleyası Tacikistanın təşəbbüsü ilə süni intellektlə bağlı qətnamə qəbul edib

77 dəfə baxılıb 26-07-2025, 17:08

BMT Baş Assambleyası Tacikistanın təşəbbüsü ilə süni intellektlə bağlı qətnamə qəbul edib


BMT Baş Assambleyası Tacikistanın təşəbbüsü ilə süni intellektlə bağlı qətnamə qəbul edib.

Bu barədə Tacikistan XİN-in İnformasiya Departamenti məlumat yayıb.

Qətnamə təhsil, startaplar və beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirilməklə etibarlı və təhlükəsiz texnologiyaların inkişafına yönəlib.

Qətnaməyə əsasən, Düşənbədə Regional Süni İntellekt Mərkəzi yaradılacaq. Bu mərkəz Mərkəzi Asiyada süni intellekt proqramlarının əlaqələndirilməsini həyata keçirəcək.

"Universitetlər, data mərkəzləri və texnoparkların birgə layihələri planlaşdırılır, süni intellektin tənzimlənməsi və özünənəzarət mexanizmləri hazırlanır, region dünyanın digər ölkələri üçün nümunə olacaq", - məlumatda qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi