hia.az

Rusiyada azərbaycanlı bloqer axtarışa verildi

45 dəfə baxılıb 28-07-2025, 10:29

Rusiyada azərbaycanlı bloqer axtarışa verildi

Rusiyada “Subo” ləqəbli azərbaycanlı bloqer Sübhan Məmmədova qarşı Cinayət Məcəlləsinin “vergi ödəməkdən yayınma” və “qeyri-qanuni yollarla əldə olunan pul vəsaitlərinin leqallaşdırılması” maddələri ilə qiyabi ittiham irəli sürülüb.

Onun atası və qardaşı da eyni cinayət əməllərinin törədilməsində təqsirləndirilir.

Onun barəsində federal axtarış elan edilib.

İstintaqın versiyasına görə, onlar 2020-2022-ci illər ərzində yaratdıqları vergidən yayınma sxeminin köməyi ilə 50 milyon rubl məbləğində vəsaiti Rusiyanın dövlət büdcəsinə ödəməkdən yayınıb.

Adıçəkilən şəxslər, həmçinin cinayət yolu ilə əldə edilmiş 10 milyon rubl məbləğindəki vəsaiti bahalı avtomobilin alınmasına sərf ediblər. Onların üzərinə 20 milyon dollar məbləğində cərimə və dəbbə pulu ödənilməsi öhdəliyi də qoyulub.

İndiyədək həmin məbləğin 9 milyon rublunun büdcəyə qaytarıldığı açıqlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi