hia.az
hia.az

Zelenski: Rusiyanın regionlarımıza hücumlarını cavabsız qoymayacağıq

39 dəfə baxılıb 26-07-2025, 10:45

Zelenski: Rusiyanın regionlarımıza hücumlarını cavabsız qoymayacağıq

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının gecə saatlarında Ukraynanın Sumı, Xarkov və Dnepr regionlarına zərbələrinin cavabsız qoyulmayacağını söz verib.

V.Zelenski bu barədə “Telegram”da yazıb.

O qeyd edib ki, Rusiya gecə saatlarında ballistik raketlər və dronlarla zərbələr endirib. "Hücum nəticəsində yaralananlar və həlak olanlar var".

Prezidentin sözlərinə görə, Ukraynanın dinc əhalisinə hücumlar cavabsız qala bilməz.

"Bu zərbələr cavabsız qala bilməz və Ukraynanın uzaqmənzilli dronları bunu təmin edir. Rusiyanın hərbi müəssisələri, logistikası və hava limanları bu ölkənin apardığı müharibənin real nəticələrini hiss etməlidir", - V.Zelenski əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi