hia.az
hia.az

Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

42 dəfə baxılıb 2-06-2023, 13:57

Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Cəlilabad, Bakı-Siyəzən, Bakı-Qusar və Bakı-Xudat şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Müsabiqədə Azərbaycanda qeydiyyatda olan hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edə bilərlər. Sənədlər 2 iyun 2023-cü il tarixindən 30 (otuz) gün müddətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: ramil.musayev@ayna.gov.az) qəbul ediləcək.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Qusar-Bakı istiqamətində 11, Bakı-Şabran-Bakı istiqamətində 5, Bakı-Siyəzən-Bakı və Bakı-Xudat-Bakı istiqamətlərində hərəsində 3, Bakı-Cəlilabad-Bakı istiqamətində 2, Bakı-Oğuz-Bakı, Bakı-Göyçay-Bakı və Bakı-İsmayıllı-Bakı istiqamətlərində hərəsində 1 Lot üzrə baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası və şəhərdaxili marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi