hia.az

Parlament kommissiyası Azərbaycana qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb

30 dəfə baxılıb 28-08-2025, 17:45

Parlament kommissiyası Azərbaycana qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 6 avqust 2025-ci il tarixli açıqlamasının davamı olaraq bildirir ki, "Facebook" sosial media və sosial şəbəkə platformasının Azərbaycan seqmentində qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı aparılan informasiya kampaniyası avqust ayı ərzində davam edib.

Dezinformativ xarakterli və təxribatçı fikirləri əks etdirən kampaniya vahid mərkəzdən idarə olunmaqla yeni yaradılmış "Caspian Xəbər", "Caspian Times", "İşıq Media", "Pro Eminent Guild", "Next Azerbaijan" və sair bu kimi səhifələr vasitəsilə həyata keçirilib.

Qeyd olunmalıdır ki, geosiyasi hədəflərə nail olmaq məqsədilə  Azərbaycan Respublikasının informasiya məkanına edilən bu cür müdaxilə cəhdlərinin qarşısı aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət nəticəsində müvəffəqiyyətlə alınır.

Eyni zamanda, bildiririk ki, "Meta" şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən səhifələrin hamısı ləğv etdirilib.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır, bənzər sosial media səhifələri ilə rastlaşdıqda bu barədə Milli Məclisin office@meclis.gov.az elektron poçt ünvanına məlumat verməyi xahiş edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi