hia.az

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

98 dəfə baxılıb 26-08-2025, 17:22

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək


22-24 sentyabr tarixlərində Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" hesabında yazıb.

Diplomat, həmçinin Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanovla görüşüb, onunla qarşıdan gələn forumu, eləcə də iki ölkə arasında IT sahəsində əməkdaşlığı müzakirə edib.

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanovla məhsuldar görüş keçirildi. Biz Ukraynanın IT Assosiasiyasının (IT Ukraine Association) səfər planlarını, Ukrayna-Azərbaycan IT forumuna (22-24 sentyabr) hazırlığı, IT, eləcə də rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etdik", - diplomat qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi