hia.az

Ermənistanın Avstriyadakı xanım konsulu Azərbaycana casusluq ittihamı ilə saxlanılıb

37 dəfə baxılıb 29-08-2025, 10:27

Ermənistanın Avstriyadakı xanım konsulu Azərbaycana casusluq ittihamı ilə saxlanılıb

Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan Ermənistana qayıtdıqdan sonra "Zvarnots" hava limanında saxlanılıb.

Bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr xanım konsulun Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanıldığını yazır.

Onun üzərində bir neçə sənəd aşkarlanıb, bundan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında axtarış aparıb, kompüterlər, sənədlər yoxlanılıb.

Hadisənin bir neçə ay əvvəl baş verdiyi, lakin böyük qalmaqala səbəb ola bilər deyə, konsulun həbsinin gizli saxlanmasına qərar verildiyi bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi