hia.az

Bakı Metropoliteni gediş haqqının artırılacağı barədə məlumatlara münasibət bildirib

32 dəfə baxılıb 29-08-2025, 12:13

Bakı Metropoliteni gediş haqqının artırılacağı barədə məlumatlara münasibət bildirib

"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərinin tənzimlənməsi ilə bağlı hər hansı bir səlahiyyəti yoxdur.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

“Hazırda Metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumat yoxdur”, - deyə o əlavə edib.

“Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov isə jurnalistlərə bildirib ki, dünyada metro sistemlərində məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur:

“Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.

E. Əhmədov qeyd edib ki, sosial qruplara münasibətdə də xüsusi yanaşmalar nəzərdə tutulur:

“Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi imkanları müzakirə mövzusudur. Aylıq kartlar, birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir”.

O əlavə edib ki, hələlik yekun qərar qəbul olunmayıb: “Bu istiqamətdə daim müzakirələr aparılır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi