hia.az
hia.az

Ermənistanla ABŞ arasında imzalanmış memorandumlar dərc olundu

90 dəfə baxılıb 29-08-2025, 14:36

Ermənistanla ABŞ arasında imzalanmış memorandumlar dərc olundu


Ermənistanla ABŞ arasında imzalanmış memorandumlar dərc olunub.

Memorandumların mətni Ermənistan KİV-də yayımlanıb. Onların sayı 3-dür.

Memorandumlardan biri “Amerika Birləşmiş Ştatları Hökuməti və Ermənistan Respublikası Hökuməti arasında yarımkeçiricilər və yarımkeçiricilər sektorlarında innovasiya tərəfdaşlığı haqqında”dır.

Digər memorandum “Amerika Birləşmiş Ştatları Hökuməti və Ermənistan Respublikası Hökuməti arasında enerji təhlükəsizliyi üzrə tərəfdaşlıq haqqında”dır. Burada Ermənistanın enerji diversifikasiyasına, təhlükəsizliyinə, dayanıqlığına və Ermənistanın enerji sektorunun modernləşdirilməsinə töhfə vermək üçün Ermənistanın enerji sektoruna sərmayə yatırmaqdan söhbət gedir.

Üçüncü Memorandum “Amerika Birləşmiş Ştatları Hökuməti və Ermənistan Respublikası Hökuməti arasında “Sülhün kəsişməsi” üçün potensialın inkişafı sahəsində tərəfdaşlıq layihəsi”dir

Bu Memorandumunun məqsədi investisiyalar, resurslar, təlimlər və İştirakçılar arasında tərəfdaşlıqlar vasitəsilə Ermənistanın infrastrukturunu və sərhəd təhlükəsizliyini yaxşılaşdırmaq üçün əməkdaşlıq etməkdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi