hia.az
hia.az

3 rayonda qaz kəsiləcək

45 dəfə baxılıb 27-08-2025, 15:44

3 rayonda qaz kəsiləcək

Sabah Ağdaş, Zaqatala və Şəki rayonlarının bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində Dəhnəxəlil qazpaylayıcı stansiyadan (QPS) qidalanan Türyancay qəsəbəsinə gedən PE-110 mm-lik əhali qaz xəttinin kipliyə davamlığı yoxlanılacaq. Bu məqsədlə avqustun 28-də saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Türyancay qəsəbəsində cəmi 69 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Zaqatala rayonu ərazisində D-219 mm-lik Əliabad QPS qolu yüksək təzyiqli qaz kəmərinin yerüstü cəkilmiş hissəsinin yeraltına salınacaq. Bu səbəbdən sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu Əliabad, Mosul, Yengiyan, Bəhmədli və Lahıc kəndlərində cəmi 5 100 abonentin qaz təchizatının Əliabad QPS-dən dayandırılması planlaşdırılır.

Həmçinin, Şəki rayonu  Qırxbulaq kəndi ərazisində d-159 mm-lik qaz xəttinin üzərinə "ölcü qovşaqları" quraşdırılacaq. Bu məqsədlə saat 09:30-dan işlər yekunlaşanadək Şəki rayonu  Vərəzət, Qırxbulaq, Baş Zəyzid, Orta Zəyzid, Köbər Zəyzid, Bideyiz, Baş Küngüt, Aşağı Küngüt kəndlərində  cəmi 2 081 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi