hia.az
hia.az

“Türkiyə və Azərbaycanın “Demokratiya Sammiti”nə dəvət olunmaması qərəzli addımdır” - RƏY

92 dəfə baxılıb 25-03-2023, 19:32

“Türkiyə və Azərbaycanın “Demokratiya Sammiti”nə dəvət olunmaması qərəzli addımdır” - RƏY


“Martın 30-da ABŞ-da keçiriləcək “Demokratiya Sammiti”ndə iştirak edəcək ölkələrin seçimi qərəzli və ədalətsizdir”.

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Pakistan və Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Kayser Nəvab deyib.

Onun fikrincə, bu tədbirə qatılacaq ölkələrin seçilməsi üçün konkret meyarlar tam aydın deyil.

“Ola bilsin, hansı ölkələrin dəvət olunması müəyyən edilərkən ölkənin demokratik göstəriciləri, insan haqları təcrübəsi və regional sabitlik kimi amillər nəzərə alınıb. Lakin bu halda Türkiyə və Azərbaycanın sammitə dəvət olunmaması açıq şəkildə qərəzdir. Bundan başqa, qərarların qəbulu prosesində diasporların lobbiçilik səylərinin də rol oynaması mümkündür”, - pakistanlı ekspert bildirib.
K.Nəvab qeyd edib ki, beynəlxalq ictimaiyyətin regionun bütün ölkələri ilə qarşılıqlı əlaqədə olması vacibdir: “Bu, regional sabitliyin və demokratik dəyərlərin möhkəmlənməsinə töhfə vermək üçün lazımdır”.

“Bəzi ölkələrin “Demokratiya Sammiti”ndə iştirak etməməsi dialoq və əməkdaşlıq üçün əldən verilmiş fürsət kimi qiymətləndirilə bilər”, - K.Nəvab söyləyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi