hia.az
hia.az

Almaniya Orta Dəhlizin imkanlarını araşdırmaq üçün Azərbaycana biznes-missiya göndərəcək

2 dəfə baxılıb Bu gün, 17:40

Almaniya Orta Dəhlizin imkanlarını araşdırmaq üçün Azərbaycana biznes-missiya göndərəcək

Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi ("NRW.Global Business") 29 iyun-3 iyul tarixlərində Azərbaycana və Qazaxıstana biznes-missiya təşkil edəcək.

Bu barədə "Report" "NRW.Global Business"ə istinadən xəbər verir.

"Səfərin təşkilinə səbəb Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dinamik inkişafıdır. Avropa ilə Asiyanı birləşdirən strateji əhəmiyyətli bu ticarət yolunun logistika və infrastruktur sahəsindəki önəmi durmadan artır. Son illərdə bu istiqamətdə yük axını dəfələrlə artıb və proqnozlara görə, 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə artmağa davam edəcək.

Bu, xüsusilə 2030-cu ilə qədər təxminən 20 milyard avro məbləğində kapital qoyuluşuna tələbatın proqnozlaşdırılması fonunda Şimali Reyn-Vestfaliya müəssisələri üçün əlverişli imkanlar yaradır", - "NRW.Global Business"də vurğulayıblar.

Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, marşrut üzrə daşımaların dinamikası sabit artım nümayiş etdirir: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə 4,484 milyon ton.

Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə yükdaşımaların həcmi 4,7 milyon tona çatıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi