hia.az
hia.az

Ombudsman narazı deputatlara cavab verdi - Yenilənib

47 dəfə baxılıb 3-03-2023, 19:45

Ombudsman narazı deputatlara cavab verdi - Yenilənib


“Səbinə xanımın (Ombudsman Səbinə Əliyeva – red.) bizə verəcəyi cavablarla Aydın müəllimin (Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı – red.) verəcəyi cavablar başqadır. Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir?”

Bu fikirləri millət vəkili Jalə Əhmədova Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deyib.

Deputat Fazil Mustafa Jalə Əhmədovanın çıxışına dəstək verərək: “Bura gəlib iştirak etmək gələnin özünə xeyir, gəlməmək isə özlərinə ziyandır. Kommunikasiyanın ziyanı yoxdur, əksinə daha da qarşılıqlı inkişaf ola bilər”, -deyə əlavə edib.

Komitə sədri Zahid Oruc da çıxış edən deputatlarla həmfikir olduğunu bildirib: “Qeyd etdiyiniz kimi, Səbinə xanımın belə iclaslarda, görüşlərdə iştirakı yalnız fayda verə bilər. Daha sistemli müzakirələr apara bilərik. Əminəm ki, bu çağırışlar da eşidildi”.

Qeyd edək ki, bu gün keçirilən komitə iclasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı iştirak edir.

***

Ombudsmanın narazı deputatlara cavabı gecikməyib.

Belə ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyilənlərlə razılaşmayıb.

Aparat rəhbəri qeyd edib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bəlkə hər zaman ictimaiyyətə və əməkdaşlığa açıq olan nadir məmurlardandır: “Səbinə xanım dəfələrlə Milli Məclisin müxtəlif iclaslarında iştirak edib. Biz hüquqi dövlətdə yaşayırıq. Ayın 7-də Səbinə xanım Milli Məclisin plenar iclasında çıxış edən zaman istənilən sualınızı, fikirlərinizi bildirə bilərsiniz. O baxımdan, bunu Səbinə xanımın sizə qarşı hər hansı hörmətsizliyi kimi başa düşməyin. Bu, konstitusion qanunun qoyduğu tələbdir. Qanunda konkret olaraq belə bir öhdəlik müəyyənləşməyib ki, ombudsman komitə iclaslarına gəlib məruzəni təqdim etməlidir. Məruzəni plenar iclasda təqdim edir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi