hia.az
hia.az

Türkmənistan prezidenti Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib

117 dəfə baxılıb 2-03-2023, 15:49

Türkmənistan prezidenti Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib.

Sərdar Berdiməhəmmədov, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxış edərkən deyib ki, onlar sabitliyin və sülhün təmin edilməsi istiqamətində səylərini səfərbər etməlidirlər:

“Bu istiqamətdə işlərin görülməsi çox önəmlidir. Qarşılıqlı hörmət, həmrəylik və BMT-nin Əsasnaməsində qeyd edildiyi kimi siyasi və hüquqi bir təməl olaraq da müasir dünya arxitekturasının qurulması istiqamətində işlər görülməlidir”.

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini bir daha təqdirəlayiq hesab edirəm. Bununla bağlı Azərbaycana minnətdarlığımı bildirirəm”, - deyə dövlət başçısı qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi