hia.az
hia.az

Türkiyənin İsveç və Finlandiya ilə danışıqları bərpa edəcəyi TARİX

101 dəfə baxılıb 23-02-2023, 12:39

Türkiyənin İsveç və Finlandiya ilə danışıqları bərpa edəcəyi TARİX

"İsveç və Finlandiya ilə Türkiyə arasında NATO-ya üzvlük barədə danışıqların bərpası mart ayında gerçəkləşəcək".

Bunu STV-yə müsahibəsində İsveçin baş naziri Ulf Kristersson deyib.

Onun sözlərinə görə, tərəflər bunu təsdiqləyib. Mart ayı barədə konkret danışsa da, dəqiq tarixi açıqlamayan Kristersson bildirib ki, tarix barədə də informasiyası var və bu sirr deyil: "Lakin biz bunun da təsdiqlənməsini gözləyirik".

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən sonra Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da tezliklə danışıqlara yenidən start veriləcəyi barədə anons xarakterli açıqlama vermişdi.

Qeyd edək ki, İsveçdə PKK tərəfdarlarının keçirdiyi aksiya və Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması hadisələrindən sonra proses dayanmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi