hia.az
hia.az

Ruslar Putinin parlamentə müraciətindən NƏLƏR GÖZLƏYİR...

53 dəfə baxılıb 21-02-2023, 12:42

Ruslar Putinin parlamentə müraciətindən NƏLƏR GÖZLƏYİR...


Bu gün Rusiya prezidenti Vladimir Putinin parlamentə müraciəti gözlənilir.

Parlamentinsesi.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin sonuncu dəfə 1 il 10 ay əvvəl Federal Məclis qarşısında çıxış edib və bu müddət ərzində Rusiya prezidentinin çıxışı ilə bağlı siyasi mühitdə çoxlu gözləntilər toplanıb.

Bildirilib ki, gözləntilərə əsasən, çıxış ölkəni və ordunu ruhlandırmalı, gələcəyin obrazını yaratmalıdır. Müharibə mövzusu Putinin mesajının leytmotivinə çevriləcək və bir çox başqa mövzuları müəyyənləşdirəcək: iştirakçıların sosial təminatı, ordunun təchiz edilməsi, döyüşçülərin hazırlanması.

Həmçinin Rusiya prezidentinin sosial-iqtisadi vəzifələri açıqlaması proqnozlaşdırılır. O, ölkədə həyat səviyyəsi, demoqrafiya, əhalinin gəlirləri, ərzaq və dərmanların qiymətləri məsələlərinə toxunacaq. Aqrar sektorda taxıl ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, rüsumların ləğvi, genişmiqyaslı satınalma müdaxilələri və elektrik enerjisi tariflərindən söhbət aça bilər. Bundan əlavə, sahibkarlar vergi sahəsində dəyişikliklərlə bağlı siqnallar gözləyirlər.

Qeyd olunub ki, təbii olaraq, mesaj həm də xarici auditoriyaya ünvanlanacaq. Putin eyni zamanda terrorçulara və təxribatçılara qarşı mübarizə, hərbi sənaye kompleksinin modernləşdirilməsi və Qərbin sanksiyalarına qarşı görülən tədbirlərin nəticələri barədə danışacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi