hia.az
hia.az

Paşinyan qapalı görüşdə Azərbaycanla sülh sazişini müzakirə etdi

97 dəfə baxılıb 16-02-2023, 14:32

Paşinyan qapalı görüşdə Azərbaycanla sülh sazişini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri ilə qapalı görüş keçirib.

Parlamentinsesi.az "Joxovurd" qəzetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla imzalanması nəzərdə tutulan sülh sazişinin mətnini müzakirə edilib.

Nəşrin məlumatına görə, görüş zamanı yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərin müzakirə edildiyi qeyd olunub:

"Paşinyan və partiya nümayəndələri Azərbaycanla sülh sazişinin mətni barəsində fikir mübadiləsi aparıblar. Bundan sonra isə Paşinyan bildirib ki, danışıqları mümkün qədər tez bir zamanda başa çatdırmaq, eləcə də Türkiyə ilə münasibətləri nizamlamaq lazımdır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi