hia.az
hia.az

7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü

62 dəfə baxılıb 15-02-2023, 19:47

7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü


Qobustan rayonunda 7 yaşlı qız cərrahi əməliyyat zamanı vəfat edib.

Parlamentinsesi.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü Yağmur Məmmədova Qobustan Rayon Mərkəzi Xəstəxanasında burun-boğaz əməliyyatı üçün narkoz verildikdən sonra qəfil vəfat edib.

Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdi olan Yağmurun narkozun təsirindən şoka düşdüyü və bu səbbədən vəfat etdiyi bildirilir.

Faktı ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 3 həftə əvvəl Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli, 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu xəstəxanadan buraxılandan sonra yaşadığı evdə dünyasını dəyişib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi