hia.az
hia.az

"Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq" - İlham Əliyev

60 dəfə baxılıb 3-02-2023, 14:34

"Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq" - İlham Əliyev


Dekabrda enerji təhlükəsizliyi baxımından iki mühüm hadisə oldu. Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladı. Qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya Cənub Qaz Dəhlizi ölkələri qrupuna qoşulur.

Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Ötən ilin dekabrında, həmçinin Buxarestdə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Bu, bizim səylərimizin ümumu sinergiyasıdır. Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq. Bunlar mühüm hadisələr idi. Yanvar ayında isə biz Macarıstanla qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzaladıq. Beləliklə, biz komandamızın üzvlərinin sayını artırırıq”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi