hia.az
hia.az

Xankəndi yolunda baş verənlər Türkiyə mətbuatında - VİDEO

68 dəfə baxılıb 13-12-2022, 16:16

Xankəndi yolunda baş verənlər Türkiyə mətbuatında - VİDEO


Azərbaycanın ekoloji fəallarının və qeyri-hökumət təşkilatlarının Şuşa-Xankəndi yolunda dinc etiraz aksiyası Türkiyə mediasına da yansıyıb.

Azərbaycanlıların Laçın dəhlizi üzərində başlatdığı aksiya barədə "Haber Global" məlumat dərc edib.

Ermənistanın Azərbaycana məxsus mədənləri talan etməsi bildirilib.

"Qarabağda erməni əhalinin məskunlaşdığı bölgədəki mədənlərin qanunsuz istismarının və bunun nəticəsində ətraf mühitə dəyən ziyanın qarşısını almaq istəyən nümayişçilər Rusiya qüvvələrinin komandanı Andrey Volkovun bölgəyə gəlməsini tələb ediblər. Ötən həftə Rusiya qüvvələrinin komandanlığı ilə aparılan danışıqların nəticəsi olaraq, azərbaycanlı mütəxəssislərin ermənilərin məskunlaşdığı Azərbaycan ərazilərindəki Qızılbula1 qızıl mədəninə və dəmir mis mədəninə baxış keçirməsi razılaşdırılıb. Mütəxəssislər rayona getsələr də, onların mədənlərə girişinin qarşısı ermənilər tərəfindən alınıb", - məlumatda deyilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi