hia.az
hia.az

“Pepsi” Şərurlu İsfəndiyarı məhkəməyə verdi

116 dəfə baxılıb 29-10-2022, 16:36

“Pepsi” Şərurlu İsfəndiyarı məhkəməyə verdi


“Pepsi” içkilərinin Azərbaycandakı rəsmi təmsilçisi "Mars Overseas" tanınmış iş adamı İsfəndiyar Axundova məxsus "Şərur MTK"nı məhkəməyə verib.

Şirkət iş adamını müqavilə öhdəliklərini yerinə yetirməməkdə günahlandırır. İddiaya görə, “Şərur MTK” "Mars Overseas”dan 3400 manatlıq “Pepsi” məhsulu alıb, lakin pulunu ödəməyib. Buna görə də şirkət Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundov ölkənin ən böyük tikinti maqnatlarından biri sayılır. O, Bakıda milyonlarla dəyəri olan bir çox binanın tikintisini həyata keçirən "Şərur MTK"-nın rəhbəridir.

“Mars Overseas” isə 1999-cu ildən Azərbaycan bazarında fəaliyyət göstərir. “Pepsi” məhsullarının Azərbaycanda istehsal və satış hüququna sahibdir.

“Qafqazinfo”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi