hia.az
hia.az

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri: “Krım körpüsü bir simvoldur və dağıdılacaq”

137 dəfə baxılıb 25-10-2022, 11:12

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri: “Krım körpüsü bir simvoldur və dağıdılacaq”


“Krım Ukraynaya qayıdandan sonra Kerç körpüsü mövcud olmayacaq”.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Ukrainskaya Pravda” nəşrinə müsahibəsində bildirib.

Ölkənin baş kəşfiyyatçısından Krım körpüsündə nələrin baş verdiyi soruşulub. Budanov bu suala birbaşa cavab verməkdən yayınıb.

“Cavab vermək üçün çətin sualdır. Yaxşısı budur, bu barədə başqa vaxt danışaq. Yalnız onu deyə bilərəm ki, Krım körpüsü çox ciddi dağıntılara məruz qalıb. Bu körpü “Rusiya dünyası”nın simvollarından biridir. “Moskva” kreyseri dənizin dibinə getdi, həmçinin faktiki olaraq Krım körpüsü də. Bunlar hamısı bu rejimin sonuna o qədər də çox qalmadığını göstərən əlamətlərdir”, - deyə Budanov qeyd edib.

Mənbə: UNİAN


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi