hia.az
hia.az

Yeni doğulan uşağın ölümünə həkimlər səbəb olub - RƏSMİ

149 dəfə baxılıb 22-10-2022, 13:12

Yeni doğulan uşağın ölümünə həkimlər səbəb olub - RƏSMİ


Qazax rayon sakini Könül Şabanovanın 19.06.2022-ci il tarixdə “Qazax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin doğum şöbəsində doğduğu yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılıb.

"Unikal"ın məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməmiş, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməmiş, həmçinin doğuşa həkim-neonatoloq dəvət edilməmişdir. Qeyd olunan səbəblərdən yenidoğulmuşun real vəziyyəti düzgün qiymətləndirilməmiş və ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölmüşdür.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi