hia.az
hia.az

“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qalıb – VİDEO

211 dəfə baxılıb 7-10-2022, 12:18

“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qalıb – VİDEO


Yunanıstanda “Olimpiakos”la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu izləmək üçün stadiona gələn “Qarabağ” azarkeşləri hücuma məruz qalıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin “Report”a verdiyi məlumata görə, 20 yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib.

Yalnız polsilərin müdaxiləsindən sonra azarkeşlərin təhlükəsizliyi təmin olunub. İnsidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

“Qarabağ”ın məsələyə qarışmasından sonra isə tərəfdarlar daha təhlükəsiz sektora keçirilib.

Qeyd edək ki, “Georgios Karaiskakis” stadionunda oynanılacaq “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi