hia.az
hia.az

Goranboyda məktəb direktorunun qadın müəllimi döyməsi ilə bağlı iş prokurorluğa verildi

208 dəfə baxılıb 26-09-2022, 15:05

Goranboyda məktəb direktorunun qadın müəllimi döyməsi ilə bağlı iş prokurorluğa verildi


Goranboy rayonu Kələk kənd tam orta məktəbin direktoru Cahangir Əlabbasovun məktəbin ibtidai sinif müəllimi Fatma Musayevanı döyməsi ilə bağlı polis şöbəsinə daxil olan müraciət araşdırılmaq üçün prokurorluğa göndərilib.

Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. O qeyd edib ki, məsələ ilə bağlı iş Goranboy Rayon Prokurorluğuna verilib. Hazırda faktla bağlı araşdırmalar prokurorluqda davam etdirilir.

Xatırladaq ki, sentyabrın 22-də səhər saatlarında Goranboy rayonunun Kələk kənd orta məktəbinin ibtidai sinif müəllimi Fatma Musayeva rayon polis şöbəsinə müraciət edərək məktəbin direktoru Cahangir Əlabbasov tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başlanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi