hia.az
hia.az

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələdi - Video

220 dəfə baxılıb 26-09-2022, 14:05

Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələdi - Video


Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlıqda atışma baş verib.

Parlamentinsesi.az Rusiya mediasına istinadən xəbər verir ki, naməlum şəxs komissarlıqda atəş açmağa başlayıb. Nəticədə hərbi komissar və çağırış komissiyasının rəisi yaralanıb.

Atəş açan şəxs isə saxlanılıb. Daha sonradan həmin şəxsin 1997-ci il təvəllüdlü yerli sakin Ruslan Zinin olduğu və səfərbərliyə cəlb olunduğu məlum olub.

Bildirilir ki, Zinin atəş açmazdan əvvəl “Heç kim döyüşməyəcək. İndi hamımız evə gedəcəyik” deyə bağırıb. Bununla belə, onun bu sözləri videoya düşməyib. İnsidentlə bağlı hələ ki rəsmi məlumat verilməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi