hia.az
hia.az

İnfarktdan ölən işçinin üstünü örtüb, işlərinə davam etdilər

156 dəfə baxılıb 23-09-2022, 16:27

İnfarktdan ölən işçinin üstünü örtüb, işlərinə davam etdilər


Türkiyənin Antalya şəhərində tikinti şirkətlərinin birində bədbəxt hadisə baş verib.

Sükan arxasında infarkt keçirən Nusurəddin Akçayın cansız bədəni saatlarla beton qarışdıran maşının yanında saxlanılıb.

Belə ki,həyatını itirən Akçay işçilərin köməyi ilə maşından çölə çıxardılıb. Yerə uzadılan kişinin üzərinə ədyal örtülüb. Saatlar sonra işçilər təcili tibbi yardıma xəbər verib. Hadisə yerinə gələn tibb işçiləri Akçayın öldüyünü bildiriblər.

Türk mediasında yer alan xəbərlərdə digər işçilərin məsuliyyətsizliyi diqqətə çatdırılıb. Akçayın həmkarları onun ölümünə baxmayaraq işlərinə davam etməsi və saatlar sonra təcili tibbi yardıma zəng etməsi insanların haqlı narazılığına səbəb olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi