hia.az
hia.az

53 döyüş mövqeyi, xeyli hakim yüksəklik nəzarətə götürülüb

97 dəfə baxılıb 15-09-2022, 21:06

53 döyüş mövqeyi, xeyli hakim yüksəklik nəzarətə götürülüb


Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 5N63 İYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 RTS-125 radarı, eləcə də xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralıları var.

Ümumilikdə qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklər nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi