hia.az
hia.az

Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA

82 dəfə baxılıb 7-09-2022, 15:51

Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA


“Əvvəlcədən xəbər verildiyi kimi soyuq atmosfer cəbhələrinin ölkə ərazisindən keçməsi havanın temperaturunun xeyli enməsi ilə yanaşı, intensiv leysan yağışlarına səbəb olub. Hətta bəzi bölgələrdə cəmi iki gündə yağıntının aylıq norması təmin edilib”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, ən çox düşən yağıntının miqdarı Lənkəranda 80 mm (aylıq normanın 136 faizi), Astarada 59 mm (aylıq normanın 117 faizi), Şəkidə 62 mm (aylıq normanın 74 faizi), Zaqatalada 49 mm (aylıq normanın 42 faizi), Qaxda 46 mm (aylıq normanın 55 faizi), Oğuzda 45 mm (aylıq normanın 33 faizi), Balakəndə 42 mm (aylıq normanın 36 faizi), Qəbələdə 33 mm (aylıq normanın 28 faizi), Yardımlıda 29 mm (aylıq normanın 23 faizi) qeydə alınıb.

“Sentyabrın 6-da saat 21:15 radələrində Gədəbəy rayonu ərazisinə diametri 12 mm olan dolu düşüb. Havanın temperaturu iqlim normasından 4.6 dərəcə aşağı olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti sentyabrın 8-i gündüzədək davam edəcək”, – o deyib.

Xidmət rəisinin sözlərinə görə, oxşar proses son 10 ildə 2016-cı ilin sentyabrın birinci ongünlüyündə qeydə alınıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi