hia.az
hia.az

Universitetə qəbul olan şəhid övladları - FOTOLAR

234 dəfə baxılıb 2-09-2022, 20:17

Universitetə qəbul olan şəhid övladları - FOTOLAR


Bu il ali məktəblərə qəbul olan məzunlar arasında şəhid övladları da var.

"Unikal" universitetə qəbul olan şəhid övladlarını təqdim edir:

Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun qızı Əzizə Həmidova tələbə adını qazanıb. Ali məktəblərə qəbul imtahanında uğurlu nəticə əldə edən Əzizə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.
Universitetə qəbul olan şəhid övladları - FOTOLAR

Vətən müharibəsində şəhid olan baş gizir Yasən Əhmədovun oğlu Yelmar Əhmədov Mingəçevir Dövlət Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alacaq.
Universitetə qəbul olan şəhid övladları - FOTOLAR

Şəhid Pilot, polkovnik-leytenant Fəxrəddin Əsgərovun qızı Zəhra Əsgərova ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərib. 637.80 bal toplayan Zəhra ADA Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olub.
Universitetə qəbul olan şəhid övladları - FOTOLAR

Vətən müharibəsində şəhid olan baş gizir İntiqam Abbasovun oğlu Əli Abbasov da tələbə adı qazanıb. O, Bakı Dövlət Universitetində Maliyyə ixtisası üzrə təhsil alacaq.
Universitetə qəbul olan şəhid övladları - FOTOLAR

Şəhid tank komandiri, gizir Rahim Tağıyevin oğlu Nihad Tağızadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasına daxil olub.
Universitetə qəbul olan şəhid övladları - FOTOLAR

Vətən müharibəsində şəhid olan çavuş Əlizamin İsgəndərovun oğlu Abbas İsgəndərli Xəzər Universitetinə qəbul olub.
Universitetə qəbul olan şəhid övladları - FOTOLAR

Hazırladı: Anar Kəlbiyev


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi