hia.az
hia.az

Kəmaləddin Heydərov Nazim Məmmədovun oğlunu və qohumlarını işdən çıxarıbmış - SƏBƏB

141 dəfə baxılıb 2-09-2022, 14:16

Kəmaləddin Heydərov Nazim Məmmədovun oğlunu və qohumlarını işdən çıxarıbmış - SƏBƏB

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərhum müavini, general-leytenant Nazim Məmmədovun oğlunu və 20-yə yaxın qohumunu işdən çıxarıbmış.

"Unikal"ın əldə etdiyi məlumata görə, onların işdən çıxarılması Kəmaləddin Heydərovun əmlaklarından birinin Nazim Məmmədovun qardaşı arvadının adında olması və geri qaytarılmaması olub.

Bildirək ki, bir neçə gün bundan əvvəl FHN naziri Nazim Məmmədovun oğlunu nazirlikdəki işinə qaytarıb.

Onu da qeyd edək ki, Nazim Məmmədov Kəmaləddin Heydərovun sürücüsü, sonradan isə Dövlət Gömrük Komitəsində və Fövqəladə Hallar Nazirliyində müavini olub.

"Unikal"


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi