hia.az
hia.az

Avroliqada çıxış edən klubların büdcəsi - “Qarabağ” ən kasıblar sırasında

105 dəfə baxılıb 30-08-2022, 11:51

Avroliqada çıxış edən klubların büdcəsi - “Qarabağ” ən kasıblar sırasında


Məşhur “Transfermarket” saytı Avropa Liqasında çıxış edən klubların büdcəsini açıqlayıb.

Avroliqada çıxış edən ən zəngin klub 743 milyon avroluq büdcə ilə “Mançester Yunayted”dir. İkinci sırada isə 647 milyon büdcəyə sahib “Arsenal”dır. İlk “üçlüy”ü İtaliyanın “Roma” klubu qapayır. Paytaxt təmsilçisinin büdcəsi 402 milyon avrodur.

Azərbaycanı Avroliqada təmsil edən “Qarabağ” isə bu turnirin üç ən kasıb klublarındandır. Ağdam klubunun büdcəsi 14 milyon avro göstərilib. Moldovanın “Şerif” klubu da eyni büdcəyə sahibdir.

Kiprin AEK klubunun 12 milyon, Finlandiyanın HİK komandasının isə 9 milyon avroluq büdcəsi var.

Qarabağ”ın qrupunda yer alan “Olimpiakos”un 112 milyon avro, “Frayburq”un 150 milyon avro, “Nant”ın isə 94 milyon avroluq büdcəsi var.

Qeyd edək ki, Avroliqanın qrup mərhələsində çıxış edən digər komandalardan 7-nin büdcəsi 100 milyon avrodan, 6-nın isə büdcəsi 200 milyon avrodan çoxdur.
Avroliqada çıxış edən klubların büdcəsi - “Qarabağ” ən kasıblar sırasında


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi