hia.az
hia.az

Leyla Abdullayevaya yeni vəzifə verildi

158 dəfə baxılıb 29-08-2022, 13:10

Leyla Abdullayevaya yeni vəzifə verildi


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.
Parlamentinsesi.az Modern.az-a istinadən xəbər verir ki, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək. Onun tezliklə həmin ölkədə diplomatik xidmətə başlayacağı gözlənilir.

Məlumata əsasən, qurumda mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb.

Məsələ ilə bağlı Leyla Abdullayeva ilə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda işinin başındadır və XİN mətbuat katibi səlahiyyətlərini icra edir.

Xatırladaq ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsini tutur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi