hia.az
hia.az

"Qarabağ" bu gün qrup mərhələsinə vəsiqə qazana bilər

102 dəfə baxılıb 23-08-2022, 11:16

"Qarabağ" bu gün qrup mərhələsinə vəsiqə qazana bilər

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

"Köhlən atlar" Çexiyada "Viktoriya" (Plzen) komandasının qonağı olacaq. Plzendəki "Dusan Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.

Bakıdakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb. Cavab qarşılaşmasında qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq. Məğlub tərəf isə yoluna Avropa Liqasının qrupunda davam edəcək.

Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Kapitan Maksim Medvedev və kolumbiyalı müdafiəçi Kevin Medina zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərindən isə kapitan Lukaş Heyda cəzalı olduğu üçün görüşdə iştirak etməyəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

23 avqust

23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Artur Diaş, Ruy Tavareş, Paulu Soareş, Fabiu Verisimu

VAR hakimləri: Tyaqu Martinş və Luiş Qodinyu (hamısı Portuqaliya)

Plzen, "Dusan Arena"

Qeyd edək ki, "Qarabağ" daha əvvəl 2017/2018 mövsümündə Çempionlar Liqasının qrupunda mübarizə aparıb. //report//


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi