hia.az
hia.az

"Ermənilərin vurduğu ziyan milyard dollarlarla ifadə olunur" - Deputat

91 dəfə baxılıb 12-08-2022, 14:30

"Ermənilərin vurduğu ziyan milyard dollarlarla ifadə olunur" - Deputat


"Ermənistan ilə Qarabağ iqtisadi rayonunu birləşdirən Laçın dəhlizinə alternativ yolun Azərbaycan ərazisindəki inşaatı başa çatıb".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, "Qisas" əməliyyatından 1 gün sonra İrəvan da Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintinsə başladığını elan etdi.


"36 kilometrlik yolun cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də qarşı tərəf prosesi yubatmağa çalışırdı. 2 həftə ərzində isə qeyri-qanuni məskunlaşmış ermənilər Laçın şəhəri və Zabux kəndini tərki etməlidirlər. 1992-ci ildə Laçın şəhərinin 7829 sakini olub. İşğaldan əvvəlki son siyahıya almağa əsasən şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar idi. 2003-cü ildən etibarən isə Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşmasına başlanılıb. Ermənistan statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2190 erməni məskunlaşdırılıb. Növbəti 10 ildə qeyri-qanuni məskunlaşmış ermənilərin bir qismi sosial səbəblərdən şəhəri tərk edib. İkinci Qarabağ müharibəsindən sonra köç daha da sürətlənib. Hazırda şəhərdə cəmi 120 erməninin qaldığı güman edilir. Onlar isə avqustun 25-dək qanunsuz məskunlaşdığı əraziləri tərk edəcəklər".

Deputat qeyd edib ki, 1992-ci ildə Laçın rayonunu işğal etməklə 50 min sakinimizi 30 il məcburi köçkün həyatı sürməyə məcbur edən işğalçı ölkə indi 2003-cü ildən sonra o ərazilərimizdə qeyri-qanuni məskunlaşdırdığı ailələrin Azərbaycan torpaqlarını tərk etməsini də faciə kimi təqdim etməyə çalışır:

"Halbuki, prosesin növbəti mərhələsi Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsidir. Dəymiş ziyan isə milyard dollarla ifadə olunur".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi