hia.az
hia.az

“Qırxqız və Sarıbaba yüksəkliklərindən lazımınca istifadə olunacaq” – Strateji əhəmiyyəti böyükdür!

105 dəfə baxılıb 6-08-2022, 10:47

“Qırxqız və Sarıbaba yüksəkliklərindən lazımınca istifadə olunacaq” – Strateji əhəmiyyəti böyükdür!


Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribatı törədib.Azərbaycan Ordusu həmin qanunsuz silahlı dəstələrə qarşı “Qisas” cavab əməliyyatı keçirib.Nəticədə Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa yüksəkliklər azad olunub.

Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a nəzarətə götürülən strateji yüksəklilərin əhəmiyyətindən danışıb. O qeyd edib ki, “Qisas” əməliyyatı ilə azad edilən yüksəkliklər Laçın rayonuna, oradan keçən Laçın dəhlizinə ,eləcə də, rusların nəzarətində olan digər ərazilərə vizual və atəş nəzarətini təmin edir:

“Bundan başqa xatırlayırsınızsa, biz İkinci Qarabağ müharibəsinin əvvəllərində həm Talış, həm də Cocuqmərcanlı və bir sıra yüksəklikləri azad etdik. Bununla da Vətən müharibəsində ilk əks-hücum əməliyyatlarını məhz bu yüksəkliklərdən istifadə etməklə həyata keçirdik. Bu qələbəmizdə əvəzsiz rol oynadı. Odur ki, bundan sonrakı mərhələlərdə keçiriləcək əməliyyatlarda indi azad edilən Qırxqız və Sarıbaba yüksəkliklərindən də lazımınca istifadə olunacaq”.

Ehtiyatda olan polkovnik Elxan Qəniyev vurğulayıb ki, Qırxqız və Sarıbaba bütün Qarabağ zonasındakı ən böyük yüksəkliklərdəndir:

“Hər iki yüksəklikdən baxdıqda Qarabağın digər əraziləri də açıq-aydın görünür. Ordumuza eşq olsun ki, hadisələrin belə cərəyan etdiyi bir vaxtda bu cür mühüm strateji uğura imza atıb. Əgər sözügedən yüksəkliklər ermənilər tərəfindən ələ keçirilsə idi, Kəlbəcər, Şuşa digər ərazilər də onların ixtiyarında olacaqdı”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi