hia.az
hia.az

Şuşa Rayon İcra Hakimiyyətinin yeri DƏYİŞDİRİLDİ

185 dəfə baxılıb 2-08-2022, 15:46

Şuşa Rayon İcra Hakimiyyətinin yeri DƏYİŞDİRİLDİ


Şuşa Rayon İcra Hakimiyyəti yeni ünvana köçürülüb.

Parlamentinses.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən Şuşa RİH bir neçə gün ərzində binanı boşaltmalı olub.

Hazırda Şuşa RİH Koroğlu Rəhimov küçəsində yerləşən köhnə binaya qaytarılıb.

Onu da xatırladaq ki, binada əvvəllər Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi də fəaliyyət göstərib. Daha sonra bu birliyin sədri dəyişdirilsə də, icma fəaliyyətini bu binada davam etdirib. Torpaqlar işğaldan azad edildikdən sonra ictimai birlik adını və fəaliyyət istiqamətlərini dəyişdirib.

Qeyd edək ki, Şuşa RİH-in N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən binasının hansı dövlət qurumuna və təşkilata verilməsi hələ ki məlum deyil.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi