hia.az

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

20 dəfə baxılıb 30-03-2026, 14:48

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

"Bayram günlərinin başa çatması ilə ölkə üzrə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların hərəkəti artıb. Bu səbəbdən, xüsusilə magistral yollarda və şəhərlərə giriş-çıxışlarda intensiv hərəkət müşahidə olunur".

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında deyilir.

"Sürücülərdən xahiş edirik ki, bunu nəzərə alsınlar, yolda tələskənliyə yol verməsinlər, ötmə və manevr qaydalarına xüsusi diqqət etsinlər, nəqliyyat vasitələri ilə ara məsafəsini qorusunlar. Eyni zamanda, piyadalardan da xahiş edirik ki, yolu keçərkən diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hər bir yol hərəkəti iştirakçısının qaydalara riayəti ümumi təhlükəsizliyə xidmət edir. Hər kəsin məsuliyyətli davranışı yolumuzun təhlükəsizliyinin təminatıdır", DYP-dən bildirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi