hia.az
hia.az

Rusiya Ukraynada hərbi hissəni vurdu - Yenilənib

137 dəfə baxılıb 28-07-2022, 17:31

Rusiya Ukraynada hərbi hissəni vurdu - Yenilənib


Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Kiyev vilayətinə raket zərbəsi endirib.

Parlamentinsesi.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba açıqlayıb.

Məlumata görə, zərbə vilayətin Vışqorod rayonuna endirilib. Hazırda hadisə nəticəsində ölənlərin olub-olmaması araşdırılır.

***

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının Baş Əməliyyat İdarəsinin sədrinin müavini Aleksey Qromovun sözlərinə görə, Rusiya ordusu Vışqorodun Lyutej kəndində hərbi hissəyə zərbə endirib.

Onun sözlərinə görə, Rusiya tərəfi hərbi hissəyə “Kalibr” qanadlı raketləri ilə 6 zərbə endirib. Zərbə nəticəsində bir bina dağılıb, daha ikisi isə zədələnib.

Qromov Rusiya ordusunun Qara dəniz ərazisindən atəş açdığını da vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi