hia.az
hia.az

TƏBİB sədri xəstəxana rəhbərlərini topladı: "İşinizdə dönüş yaradın"

152 dəfə baxılıb 26-07-2022, 18:25

TƏBİB sədri xəstəxana rəhbərlərini topladı: "İşinizdə dönüş yaradın"


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) tabeli tibb və elmi-tədqiqat müəssisələrinin rəhbərləri ilə geniştərkibli görüş keçirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun rəhbərliyilə keçirilən görüşdə tibb müəssisələrində, eləcə də elmi-tədqiqat institutlarında tibbi xidmətlərin təşkili, maddi-texniki təminat, həyata keçirilən islahatlar, icbari tibbi sığortanın tətbiqi vəziyyəti, xəstəxana göndərişləri və s. məsələlər ətrafında müzakirələr aparılıb. Hər bir müəssisə rəhbərinin ayrı-ayrılıqda məruzələri dinlənilib.

Əhalinin müxtəlif növ tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, səhiyyə müəssisələrinin idarə edilməsinin, eləcə də resurs və kadr potensialının optimallaşdırılması, müalicə və elmi istiqamətlər üzrə inkişafa nail olmaq üçün beynəlxalq təcrübənin tətbiqi əsas tələb kimi diqqətə çatdırılıb.

Eyni zamanda, tibb müəssisələrinin cari problemləri, mövcud çatışmazlıqlar və problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Sonda Vüqar Qurbanov əhalinin tibbi xidmətə əlçatanlılığının təmin edilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəssisə rəhbərlərinin fəaliyyətlərində əsaslı dönüş yaratmalı olduqlarını bildirib. Həmçinin xəstəxanalarda mövcud nöqsanların qısa müddət ərzində aradan qaldırılması üçün də tapşırıqlar verib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi