hia.az
hia.az

"Ermənistandan konkret addımlar görmək istəyirik" - Çavuşoğlu

105 dəfə baxılıb 21-07-2022, 15:30

"Ermənistandan konkret addımlar görmək istəyirik" - Çavuşoğlu


Biz Türkiyə olaraq Cənubi Qafqazda sülh istəyirik. Qarabağ Zəfərindən sonra Azərbaycanın təklifləri, bizim də yanaşmamız ortadadır.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.

“Böyük dövlət olaraq bizim jest etməyimiz normaldır”, - nazir qeyd edib.

O xatırladıb ki, Azərbaycanla Ermənistan arasında müxtəlif vaxtlarda Moskva və Brüsseldə görüşlər keçirilib. Eyni zamanda, sərhədlərin delimitasiyası üzrə komissiyalar yaradılıb, əhatəli sülh sazişi üçün təklif irəli sürülüb.

“Azərbaycan da, Türkiyə də bu məsələdə səmimidir. Ermənistandan isə konkret addımlar görmək istəyirik. Biz bu prosesi Azərbaycanla koordinasiya etməliyik. Çünki biz “bir millət, iki dövlət”ik”, - XİN rəhbəri diqqətə çatdırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi