hia.az
hia.az

Ölüm barədə elektron qaydada məlumat verilməyənlər məsuliyyət daşıyacaq

110 dəfə baxılıb 20-07-2022, 13:26

Ölüm barədə elektron qaydada məlumat verilməyənlər məsuliyyət daşıyacaq


Ailə Məcəlləsində dəyişiklikliklərin tətbiqinin təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarlarında uyğunlaşdırma aparılıb

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2021-ci il 27 dekabr tarixli 464-VIQD nömrəli Qanunun tətbiqinin təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarlarında uyğunlaşdırma aparılıb.

Belə ki, qeyd ediən Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 yanvar tarixli 1583 nömrəli Fərmanı ilə edilmiş dəyişikliklərdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı xidmətlərin Ədliyyə Nazirliyinin rayon şəhər qeydiyyat şöbələri ilə yanaşı həm də “ASAN xidmət” mərkəzlərində yerləşən qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsinə başlanılıb. Bunu nəzərə alaraq, qanunvericilikdəki mövcud uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarlarında mətn üzrə “rayon (şəhər)” sözləri çıxarılıb.

Sözügedən Qanunla müvafiq məsələlərlə bağlı məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarışın 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürüldüyü, doğumun, ölümün və atalığın müəyyən edilməsinin qeydiyyatının elektron qaydada da aparılacağı, ölüm haqqında məlumatların aidiyyəti üzrə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq vəzifəli şəxslərin qanunla müəyyən olunmuş məsuliyyət daşıdıqları müəyyən edilib.

Habelə “vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi” sözləri “vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik” sözləri ilə, “vətəndaşlıq vəziyyəti aktlarının qeydləri”, vətəndaşlıq vəziyyəti aktlarının qeydi” sözləri müvafiq olaraq “vətəndaşlıq vəziyyəti akt qeydləri”, “vətəndaşlıq vəziyyəti akt qeydi” sözləri ilə əvəz edilib.

Qeyd olunan tənzimləmələrin müvafiq olaraq Nazirlər Kabinetinin Qərarlarında öz əksini tapıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi