hia.az
hia.az

Bakıda tıxac 20-yə yaxın marşrut avtobusunun hərəkətinə problem yaratdı

172 dəfə baxılıb 29-06-2022, 12:53

Bakıda tıxac 20-yə yaxın marşrut avtobusunun hərəkətinə problem yaratdı


Bakıda yaranan tıxac səbəbindən yollarda 20-yə yaxın marşut avtobusunun intervalında gecikmə yaranıb.

Bakı Nəqliyyat Agentliyinin Vahid Dispetçer Xidmətindən verilən məlumata görə, Bakı - Sumqayıt şosesi - Moskva prospektindən 20 Yanvar dairəsi - Tbilisi prospekti istiqamətində nəqliyyat sıxlığı ilə əlaqədar 2, 7A, 13, 14, 18, 29, 37, 65, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə 20-yə yaxın avtobus 10-15 dəqiqə gecikmə ilə hərəkət edir.

Azadlıq prospekti - Binəqədi şosesindən Azadlıq m/st istiqamətində isə nəqliyyat sıxlığı səbəbindən 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətləri üzrə 10-a yaxın avtobusun intervalında 13-15 dəqiqəlik gecikmələr yaranıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi