hia.az
hia.az

Japarov: Növbədənkənar seçkilərin keçirilməsini təklif edən qrupun fəaliyyəti araşdırılır

12 dəfə baxılıb 13-02-2026, 09:22

Japarov: Növbədənkənar seçkilərin keçirilməsini təklif edən qrupun fəaliyyəti araşdırılır

Qırğızıstanda müvafiq orqanlar tərəfindən ölkədə növbədənkənar seçkilərin keçirilməsini təklif edən qrupun fəaliyyətinin miqyasını müəyyən etmək üçün istintaq tədbirləri həyata keçirilir.

Bunu Qırğızıstan Prezidenti Sadır Japarov "Kabar" agentliyinə müsahibəsində bəyan edib.

"Məhz istintaq göstərəcək ki, haqqında danışdığınız təşəbbüs nə qədər miqyaslı olub və neçə nəfər iştirak edib. İştirakçıların sayı hətta indi səsləndirilənlərdən də çox ola bilər, lakin istintaqın nəticələri əldə edildikdən sonra dəqiq cavab verə biləcəyəm", - o qeyd edib.

Xatırladaq ki, fevralın 9-da Qırğızıstanın tanınmış siyasi və ictimai xadimlərindən ibarət qrup ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edən petisiya yayımlayıb. Prezidentə müraciəti 75 nəfər imzalayıb, onların arasında iki sabiq baş nazir, bir neçə sabiq deputat və sabiq nazir də var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi