hia.az

XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək

25 dəfə baxılıb 14-02-2026, 09:35

XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar keçiriləcək.

Dağ xizəyi, biatlon, bobsley, xizəksürmə, körlinq, sərbəst üslubda xizəksürmə, hokkey, qısa proqramda sürətli konkisürmə, skeleton, xizəklə tramplindən tullanma, sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.

Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma fevralın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.

Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 xalla 29 idmançının mübarizəsində sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi