hia.az

Balakəndə ağır qəza - 2 nəfər öldü

206 dəfə baxılıb 25-06-2022, 15:00

Balakəndə ağır qəza - 2 nəfər öldü


Balakəndə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün gecə saat 01:00 radələrində rayonun Talalar kəndi ərazisində qeydə alınıb.

Şəhər sakini Kamran Əhmədovun idarə etdiyi “Ford Transit” markalı avtomobillə Gürcüstan Respublikası vətəndaşı Elnur Vəliyevin idarə etdiyi “VAZ-2103” toqquşub. Nəticədə “Ford”un sürücüsü K.Əhmədov və sərnişini Rəfiqə Eminova, eləcə də “VAZ”ın sürücüsü E.Vəliyev və sərnişinləri, Şambul kənd sakinləri Şahin Mustafayevlə Nurlan Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

"VAZ" avtomobilindəki digər iki sərnişin, 1996-cı il təvəllüdlü İbrahim Musayev və 1974-cü il təvəllüdlü İlqar Əhmədov isə hadisə nəticəsində almış olduqları ağır xəsarətlərdən vəfat ediblər.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi